Almeydanın gedəcəyi həqiqətdimi? - son durum

Almeydanın gedəcəyi həqiqətdimi?   - son durum
17:27 23 Dekabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın İtaliyanın A seriyasında oynayacağıyla bağlı yazılanlardan xəbərdarsız. Futbolçunun agenti Qaetano Montalbanın İtaliya mətbuatına verdiyi açıqlamanın nə dərəcədə həqiqətəuyğun olduğuna qayıtmaq zamanıdı. Fanat.az xəbər verir ki, agent müştərisinin bu yay İtaliyaya yollanacağını vurğulamaqla sadəcə, gündəmə gəlmək istəyib.


Belə ki, Ağdam təmsiliçisiylə 2018-ci ilin mayınadək müqavilə müddəti olan “sambaçı” heç yerə getməyə hazırlaşmır. Əksinə, özünü “Qarabağ”da xoşbəxt hiss edir və ona görə hazırkı klubuna hər hansı rəsmi təklif gəlməyib. Məntiqlə, müqavilə müddəti başa çatmayan legionerin komandayla özbaşına vidalaşacağını da düşünmək absurddu.


Üstəlik, millinin baş məşqçisi Robert Prosineçkinin Almeydanı yığmaya cəlb etmək variantını isti qarşılaması da faktdısa, deməli, agentin verdiyi açıqlamanı ciddiyə almağa dəyməz.

 


Fanat.az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almeydann-gedcyi-hqiqtdimi-t55122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR