ABŞ səfiri: "Azərbaycan son 25 ildə möhtəşəm irəliləyişə nail olub"

ABŞ səfiri: "Azərbaycan son 25 ildə möhtəşəm irəliləyişə nail olub"
17:57 23 Dekabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Azərbaycan çətin geosiyasi vəziyyətdə olmasına baxmayaraq, son 25 il ərzində möhtəşəm irəliləyişə nail olub".
"Report" xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının (AmCham) Azərbaycandakı jurnalı "Impact" nəşrinə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, azərbaycanlıların atdığı addımlar, eləcə də "Əsrin müqaviləsi"ndə iştirak edən ABŞ və digər beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq sayəsində ölkə nəzərəçarpan artım, müasirləşmə nümayiş etdirib və yoxsulluğu aradan qaldırıb.
Neftin aşağı qiyməti şəraitində Azərbaycanın hazırkı iqtisadi vəziyyəti haqqında danışan səfir bildirib ki, ölkə Texasda ötən əsrin 80-ci illərində müşahidə olunan problemlərin eynisiylə üz-üzə qalıb: "Əsas odur ki, ölkə başqa gəlir mənbələrinin də olması məqsədi ilə iqtisadiyyatının şaxələndirmək üçün hansı addımları atır. İKT, kənd təsərrüfatı və turizmin inkişafı, Bakının Avropa və Asiya arasında birləşdirici nöqtə olması üçün infrastrukturun yaradılması istiqamətində Azərbaycanın atdığı addımların əhəmiyyətini qeyd etmək lazımdır".
Azərbaycan inkişafının növbəti 25 ilini necə görməsi ilə bağlı suala cavab verərkən R.Sekuta bu baxımdan nikbin olduğunu bildirib: "Azərbaycanın 25 il sonra harada olacağı böyük ölçüdə azərbaycanlıların özlərindənm asılı olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/abs-sefiri-azerbaycan-son-25-ilde-mohtesem-irelileyise-nail-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR