Osmanlı sülaləsi siyasətə qayıdır: Sultanın nəvəsi açıqladı

Osmanlı sülaləsi siyasətə qayıdır: Sultanın nəvəsi açıqladı
18:03 23 Dekabr 2016
123 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə televiziya proqramlarından birinin qonağı olan Sultan II Əbdülhəmid Xanın beşinci nəsildən nəvəsi Nilhan Osmanoğlu ölkədə və Yaxın Şərqdə baş verən problemlər haqqında danışıb.

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın siyasətdə özünü tək hiss etməsində haqlı olduğunu ifadə edən Nilhan Osmanoğlu "Mən bir görüşümüzdə özünə də dedim. "Siz mənim babamdan şanslısınız, çünki millətiniz arxanızdadır" dedim. O da "Allaha Şükür" dedi. 15 iyul gecəsi xalqımız prezidentimizə böyük bir güc vermişdi. Cənab prezidentimiz ölkəmizə terrora qarşı milli səfərbərlik çağırışı etdi. Bundan anlayacağımız şey yükü çiyinlərimizə almaqdır. Deputatlar, bələdiyyə sədrlərimiz, muxtarlarımız, alimlərimiz, gənc, yaşlı bütün xalqımız bu yükün altına daha çox girməlidir. Bu, bir partiya manafeyini güdmək deyil. İdeologiyalarsız, dövlətin mənfəəti üçün birlik olmaq lazımdır. Bu ölkəyə bir şey olarsa, ortada heç nə qalmayacaq" - deyə fikirlərini bölüşüb.

Ailədən bir nəfərin siyasi səhnəyə gələcəyini bildirən Osmanoğlu deyib: "Prezidentimizlə son görüşümüzdən sonra ailə olaraq onu qətiyyən tək qoymamaq qərarını verdik. Ailə olaraq biz də bir nəfərlə bu siyasi prosesin içində olacağıq. Hazırda o adı vermirəm, ancaq bu adı biz müəyyən etmişik. Prezidentimizin bu məsələdə tək qaldığını gördük. Məhz buna görə də ailə olaraq bizlər də onun yanında daha çox olacağıq".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR