DGK-dan ölkəyə idxal olunan spirtli içki ilə bağlı AÇIQLAMA

DGK-dan ölkəyə idxal olunan spirtli içki ilə bağlı AÇIQLAMA
18:08 23 Dekabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı yayılan məlumatlar əsassızdır”.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur. Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Onu da qeyd edək ki, məsələ ilə bağlı DGK Aksiz Baş Gömrük İdarəsi Kliniki Tibbi Mərkəzə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2016-ci il ərzində spirtli içki ilə qəbul olunan xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/181067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR