Ekoloji festival layihəsi keçiriləcək

Ekoloji festival layihəsi keçiriləcək
18:12 23 Dekabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, SOCAR, SOCAR Ekologiya İdarəsi və Bakı Şəhər Təhsil İdarəsinin təşkilati dəstəyi ilə "Ekoloji Festival" layihəsi həyata keçiriləcək.

Bakı şəhərini əhatə edən 8-9-10-cu sinif məktəblilərinin iştirak etdiyi layihə özündə bir sıra maraqlı fəaliyyət növlərini cəmləndirir. "Tullantıların ikinci həyatı", "Ekoloji sloqan", "Videorolik" və ətraf mühitlə bağlı bir sıra mövzuları əhatə edən "Nə? Harada? Nə zaman?" bilik yarışının sonunda ümumilikdə ən çox xal toplayan komanda qalib hesab olunacaq. İlk 3 yeri tutan məktəblilər medal və sertifikatlardan əlavə olaraq "Təmiz Şəhər" ASC, "Sağlam Düşüncə" Gənclər Təşkilatı, UBER, "Təbiət Dostları" İctimai Birliyi, "Azərbaycan" İntellektual Oyunlar Klubu tərəfindən müxtəlif maariflənmə kampaniyalarında iştirak, daimi üzvlük, endirim kartları və bu kimi fərqli hədiyyələrlə təltif olunacaqlar.

Layihə rəhbəri Gülsarə Qasımovanın sözlərinə görə"Ekoloji Festival" layihəsinin keçirilməsində əsas məqsədi gənclər arasında " Yaşıl Düşüncə" standartının formalaşmasından ibarətdir."Gənclərin mövzuya yeni baxış bucağı və intellektual düşüncə tərzinin formalaşması, kreativ və fərqli baxış, ekoloji dünyagörüşünün artırılması, ətraf mühitlə bağlı problemlər və məsələnin həllinin məktəblilər tərəfindən fərqli baxışın formalaşması da bu tip layihələrin keçirilməsinim vacibliyini gündəmə gətirir"- deyə o vurğulayıb.

AzGF-nun 8-ci qrant müsabiqəsinin qalibi olan layihə 23 dekabr Qala qəsəbəsində yerləşən "Eko-Park: Ekoloji Tədqiqatlar Mərkəzi" İctimai Birliyində həyata keçiriləcək.

Əlaqələndirici şəxs: Gülsarə Qasımova (Layihə koordinatoru)

Tel:(055) 309 16 58
E-mail: gulsara.qasimova@gmail.com


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR