x
Loading...
.

Osmanlı sultanının nəvəsi Türkiyədə siyasətə qatılacaq

Osmanlı sultanının nəvəsi Türkiyədə siyasətə qatılacaq
18:14 23 Dekabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+
.

Osmanlı sultanı İkinci Abdulhəmidin nəvəsi nəsillərinin yenidən siyasətə qayıdacağını bəyan edib. Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, sultanın beşinci şəcərədən nəvəsi olan Nilhan Osmanoğlu Türkiyə və Yaxın Şərqdə baş verən prosesləri yaxından izlədiyini və ailələrindən bir nəfərin tezliklə siyasət meydanına daxil olacağını deyib.

 

Türkiyənin hazırki vəziyyətdən qalib çıxacağını düşünən N.Osmanoğlu prezident Rəcəb Tayyipr Ərdoğanın yanında olduqlarını əlavə edib: “Prezidentlə son görüşümüzdən sonrada ailə olaraq qəti qərara gəldik ki, onu meydanda tək qoymayaq. Ailə olaraq biz də bu siyasi proseslərin içində olacağıq. İndi ailəmizi siyasətdə kimin təmsil edəcəyini demək istəmirəm, amma onu ailəliklə müəyyənləşdirmişik”.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR