Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarının işə düşəcəyi tarix açıqlandı

Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarının işə düşəcəyi tarix açıqlandı
19:08 23 Dekabr 2016
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 29-dan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a verilən məlumata görə, sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olacaq.

Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini 24 dekabr tarixdən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan və geriyə əldə etmək olar. Sürət qatarı Naxçıvan Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/181075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR