x
Loading...

Gözəl görünmək istəyən xanımların məkanı - “Orxideya beauty studio”

Gözəl görünmək istəyən xanımların məkanı -  “Orxideya beauty studio”
19:26 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Hər zaman yeniliklərlə xanımların görüşünə gələn və yüksək səviyyəli xidmət göstərən “Orxideya beauty studio"nın filiallarından biri təmir olunaraq, yenidən müştərilərin ixtiyarına verilib.

Axşam.az xəbər verir ki, həmin gün eyni zamanda gözəllik salonunun ad günü də qeyd olunub. Tədbirdə sənət aləminin tanınmış simaları da iştirak edib.

Gözəllik məkanının rəhbəri Leyla Əliyeva xoş gün münasibətilə “Orxideya” kollektivini təbrik edib.

Tədbirin qonaqları əməkdar artist Elza Seyidcahan, müğənnilər Sevinc Musayeva, Lətifə Soyöz, Çinarə Məlikzadə, Xuraman Şuşalı, prodüser Təranə Səmədova, aparıcı Vüsalə Əlizadə “Orxideya beauty studio” ilə bağlı fikirlərini bölüşüb, buradakı xidmətlərdən hər zaman razı qaldıqlarını bildiriblər.

Mərasimdə gözəllik mərkəzinin mütəxəssislərinin bəzədiyi modellər podiuma çıxıb, saç düzümü və makiyajı nümayiş etdiriblər.

Burada xanımların rahatlığı üçün hər bir şərait qurulub. “Orxideya beauty studio”da xanımlar kosmetoloq xidmətlərindən də istifadə edə biləcəklər.

Bu gözəllik məkanında həmçinin yüksək ixtisaslı lazer epilyasiya mütəxəssisləri tərəfindən "Dünyanın bir nömrəli aleksandrit cihazı" mükafatına layiq görülən "Saynaşur Apog plus" aparatı ilə ağrısız və gigyenik şəkildə lazer epilyasiyası həyata keçirilir. Əl və ayaq baxımı, dırnaqların yeni texnologiya ilə uzadılması, manikür, pedikür, gel və şlak da xidmətlər siyahısına daxildir.

Ünvan: S.Ə.Şirvani 1 a ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında)

Tel.: (012) 570 18 10

Mob.: (051) 281 03 67


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR