Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Dekabr
20:24 23 Dekabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Tramp seçki kampaniyasında nüvə silahı amilinə münasibət bildirməmişdi. Nüvə arsenalının genişləndirilməsi onun səsləndirdiyi vədlər sırasında yox idi. Ümumiyyətlə Trampın qələbəsinin yaratdığı şok effekt aradan qalxdıqdan sonra Ağ Evin yeni sahibinin açıqlamalarında bir xətt sezilir. Açıq görünür ki, yeni prezident xarici siyasətlə bağlı verdiyi azsaylı vədlərin heç birini yerinə yetirmək fikrində deyil. O da aydın görünür ki, ABŞ-ın xarici siyasətində yumşalma deyil, sərtləşmə müşahidə olunacaq. Bu, Trampın ona dəstək verməyən respublikaçıların gücü ilə hesablaşdığını göstərir. Nüvə arsenalının genişləndiriləcəyinə dair açıqlama o deməkdir ki, prezident açıq-aşkar “qırğıların” təsiri altındadır. Bu həm də ABŞ-Rusiya münasibətlərində yumşalma ehtimalını azaldan faktor kimi qəbul olunmalıdır.

 

Vüqar HÜSEYNOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR