Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb

Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb
21:47 23 Dekabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları əsl qəhrəman adlandırıb.
"Report" xəbər verir ki, "Qızıl top"un sahibi suriyalı uşaqları, həmçinin əmin edib ki, bütün dünya onları dəstəkləyir.
"Salam, bu, Suriyadakı uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən çox məşhur futbolçuyam, amma məhz siz əsl qəhrəmansınız. Ümidinizi itirməyin, bütün dünya sizinlədir. Biz sizə görə narahatıq. Mən sizinləyəm", - deyə futbolçu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kristiano-ronaldo-suriyali-usaqlara-videomuraciet-unvanlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR