Ərəblər 2 ildə 203 milyard dollar itirib

Ərəblər 2 ildə 203 milyard dollar itirib
22:03 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının beynəlxalq valyuta ehtiyatları son 2 ildə təxminən 203 milyard dollar “əriyib”.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, ərəb ölkələri arasında ən böyük iqtisadiyyata Səudiyyə Ərəbistanı sahibdir. Neft qiymətinin 55 dollardan ucuz olması ölkənin keçmiş günlərini arzulamasına gətirib çıxarıb.

Beynəlxalq Valyuta Fondu (IMF) və Səudiyyə Ərəbistanının Pul Agentliyinin (SAMA) yaydığı məlumata görə, ölkənin neft gəliri son 2 ildə təxminən 126 milyard dollar azalıb. Beynəlxalq valyuta ehtiyatları isə 203 milyard dollar “əriyib”. Ölkənin dövlət borcu 86 milyard dollara yüksəlib.

Ekspertlər bildirir ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatındakı pis gedişin ana səbəbi 2014-cü ilin yayında 110 dollar olan neftin qiymətinin 30 dollarlara qədər ucuzlaşmasıdır.

Səudiyyə Ərəbistanının cari əməliyyatlardan daxilolmaları 2013-cü ildə 35,4 milyard dollar, 2014-cü ildə 73,8 milyard dollar olub. Keçən il isə 53,5 milyard dollar kəsirlə bağlanıb. Kəsir ölkənin ümumi daxili məhsulunun 8,2 faizinə yüksəlib. BVF bu il üzrə kəsirin 41,1 milyard dollar təşkil edəcəyini və ÜDM-in 6,4 faizinə bərabər olacağını proqnozlaşdırır.

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirir ki, neftin qiyməti 50 dollar olarsa, büdcə kəsiri cari ildə 79 milyard dollar, 2017-ci ildə isə 53 milyard dollar təşkil edəcək.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/181071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR