Rusiyalı müğənni Serqey Lazarevin 2 yaş yarımlıq oğlu var.
Axşam.az-ın “Spletnik.ru”ya istinadən məlumatına görə, bu barədə 33 yaşlı sənətçi özü danışıb. Sergey gizli saxladığı oğlunun şəklinin təsadüfən sosial şəbəkələrdə yayılmasından sonra gəzən söz-sözhbətlərə belə son qoyub:
“Heç kim onun haqqında şayiələrin yaranmağını istəmir. Bu kimi hallar böyükləri narahat edir. Hazırda isə söhbət mənim oğlumdan gedir. O, cəmi 2 yaş yarımlıqdır. Bəli, mən bu müddət ərzində çox xoşbəxt olmuşam. Xoşbəxtəm ki, atayam. Çox xahiş edirəm, mənə, ailəmə, övladıma hörmət edəsiniz. Minnətdaram”.
Lazaryev bir neçə gündür onun ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirsə də, lakin uşağın anasının kim olması barədə heç nə deməyib.