Gənclər Fondu Gəncədə gənclərlə görüş keçirdi

Gənclər Fondu Gəncədə gənclərlə görüş keçirdi
22:29 23 Dekabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin, Daşkəsən, Tərtər, Goranboy, Göyçay, Ağsu, Göygöl, Samux, Mingəçevir, Ağdam, Yevlax, və Zərdab rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

 

Tədbirdə giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, qonaqları qədim Nizami yurdu Gəncə şəhərində salamlamaqdan məmnun olduğunu bildirib. E.Vəliyev çıxışında qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb. Şəhər rəhbəri bu il Fondun fəaliyyətinin 5 ilinin tamam olması münasibətlə Fondun icraçı direktoru başda olmaqla, bütün əməkdaşlarını və gəncləri təbrik edib. Elmar Vəliyev 2016-cı il Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində keçirilən tədbirlərdə də Gənclər Fondunun fəal iştirakı və  dəstəyi üçün Fonda təşəkkürünü bildirib və işlərində uğurlar arzu edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dəvət edilən 15 rayon gənclərini salamlayaraq, Fondun bu günə qədər həyata keçirtdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Fərhad Hacıyev çıxışında qeyd edib ki, Cənab Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradılmışdır. Fəaliyyətinin 5 ilində Gənclər Fonduna 7098 layihə daxil olmuş, onlardan 3341-i dəstəklənmişdir. Ötən müddətdə Fond tərəfindən  bugünki görüşdə iştirak edən Gəncə şəhəri üzrə 357, Samux rayonu üzrə 31, Göygöl rayonu üzrə 33, Ağdaş rayonu üzrə 31, Yevlax rayonu üzrə 72, Goranboy rayonu üzrə 30, Tərtər rayonu üzrə 28, Bərdə rayonu üzrə 77, Mingəçevir şəhəri üzrə 187, Naftalan şəhəri üzrə 12, Zərdab rayonu üzrə 32, Ucar rayonu üzrə 37, Göyçay rayonu üzrə 46, Daşkəsən rayonu üzrə 13, Ağdam rayonu üzrə 53 və Laçın rayonu üzrə 7 layihə dəstəklənib.

 

Tədbirdə millət vəkili Naqif Həmzəyev və Gəncə Şəhər Gənclər və idman baş idarəsinin rəisi Müşfıq Cəfərov çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə təmsil etdikləri rayonlarda keçirilən layihələr haqqında məlumat verdı, Fondun rayon gənclərinə göstərdiyi diqqət və qayğını vurğuladı və Fonda təşəkkürlərini bildiriblər.

 

Daha sonra Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş Gələcəyə Körpü gənclər ictmai birliyinin sədri Seymur Vəliyev və YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə çıxış edərək Gənclər Fonduna minnətdarlığını bildirib və gənclərə müraciət edərək Fonda layihə göndərməyə çağırıblar. Sonda Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun nitqi söyləyib və Gəncə şəhəri adından Gənclər Fonduna xalça hədiyyə edib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR