x
Loading...

Miqrantlara qarşı qanunvericilik sərtləşdirilir

Miqrantlara qarşı qanunvericilik sərtləşdirilir
22:43 23 Dekabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Berlində törədilən terror aktından sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

“Xüsusi xidmət orqanları ilə yanaşı daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”, deyə A.Merkel bildirib.

O qeyd edib ki, qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımlar atılacaq.

Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR