Türkiyə ordusu Suriyada İŞİD-in 18 terrorçusunu məhv edib

Türkiyə ordusu Suriyada İŞİD-in 18 terrorçusunu məhv edib
22:47 23 Dekabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

"Fərat Qalxanı" əməliyyatı çərçivəsində həyata keçirilən  hava əməliyyatı zamanı Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının qərargahı məhv edilib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Komandanlığının məlumatında bildirilir.
 
Məlumata görə, hava zərbəsi nəticəsində 18 terrorçu məhv edilib.
 
Qeyd edilən hava əməliyyatından sonra İŞİD üzvlərinin böyük itki verməsi, çox sayda ölü və yaralının olması terrorçuların özləri tərəfindən də aralarındakı rabitə bağlantısı zamanı etiraf edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR