"Afriqiyah Airways" təyyarəsini qaçıranlar mulyaj silahdan istifadə ediblər

"Afriqiyah Airways" təyyarəsini qaçıranlar mulyaj silahdan istifadə ediblər
23:02 23 Dekabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Afriqiyah Airways" aviaşirkətinə məxsus təyyarəni qaçıranlar sərnişin və heyət üzvlərini mulyaj silahla hədələyiblər.
"Report" xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Maltanın baş naziri Cozef Muskat məlumat verib.
"İlkin kriminal ekspertiza göstərdi ki, "Afriqiyah" təyyarəsi ələ keçirilən zaman istifadə edilən silah mulyaj olub", - deyə o yazıb.
"Afriqiyah Airways" təyyarəsi Liviyanın Sabhi şəhərindən paytaxt Tripoliyə uçurmuş. O, Bakı vaxtı ilə 13:20-də Tripoliyə enməli olduğu halda, silahlılar tərəfindən Maltaya yönləndirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afriqiyah-airways-teyyaresini-qaciranlar-mulyaj-silahdan-istifade-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR