x
Loading...

Tovuzda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb

Tovuzda iki avtomobil toqquşub, 1 nəfər yaralanıb
23:42 23 Dekabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Tovuz. 23 dekabr. REPORT.AZ / Axşam saatlarında Tovuz rayonunda sərxoş sürücü yol qəzasına səbəb olub.
“Report”un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Aşağı Quşçu kənd səkini Quluyev Vüqar Tərxan oğlunun sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomaşın qarşı tərəfdən gələn digər avtomobillə toqquşub.
Avtoqəza nəticəsində V.Quluyev müxtəlif bədən xəsarətləri alıb. O, hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-iki-avtomobil-toqqusub-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR