Deputatlar yenə əlbəyaxa oldular - VİDEO

Deputatlar yenə əlbəyaxa oldular - VİDEO
00:23 24 Dekabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasında deputatlar arasında növbəti münaqişə qeydə alınıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bitərəf deputat Mixail Qolovko ilə “Pyotr Poroşenkonun Bloku”ndan olan Pavel Kişkar əlbəyaxa olublar.

Qolovko tribunada “Ukrqazdobıça” şirkətinin acınacaqlı durumu barədə danışarkən Kişkar yerdən ona replika atıb. Bu, Qolovkonun xoşuna gəlməyib.

Mübahisə dava ilə nəticələnib. Digər deputatlar həmkarlarını aralayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR