Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
00:27 24 Dekabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Tərəflər Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı araşdırma və Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə ediblər.
 
"Rəcəb Tayyib Ərdogan Vladimir Putini  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq barədə məlumatlandırıb. Məsələ ilə əlaqədar Rusiya və Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının sıx koordinasiyası qeyd edilib.  Hələb şəhərində başa çatan əməliyyata toxunan tərəflər sülh prosesinin başlanması, Suriya ərazisində hərbi əməliyyatların dayandırılması üçün münaqişənin siyasi həllində əlverişli şəraitin yaradıldığını vurğulayıblar", məlumatda deyilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR