Fransada insanlar Milad yarmarkasından təxliyə olunub

Fransada insanlar Milad yarmarkasından təxliyə olunub
00:32 24 Dekabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Cümə günü Fransanın Mets şəhərində insanlar şübhəli avtomobil səbəbindən Milad yarmarkasından təxliyə olunub.
"Report" xəbər verir ki, bu barədə "France Info" radiosu məlumat yayıb.
Radionun məlumatına görə, şübhəli maşın Respublika meydanında aşkar olunub. Onun içərisində qaz balonu olub. Ərazi nəzarətə götürülüb, hadisə yerinə partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub.
Sonradan maşının sahibini tapmaq mümkün olub. Avtomobilə baxış keçirildikdən sonra "həyəcan siqnalı" ləğv olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-insanlar-milad-yarmarkasindan-texliye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR