BMT-dən İsrailə qarşı QƏTNAMƏ

BMT-dən İsrailə qarşı QƏTNAMƏ
00:53 24 Dekabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası İsraildən işğal olunmuş Fələstin torpaqlarında yəhudi qəsəbələri inşasını dərhal dayandırmağı tələb edən qətnamə qəbul edib.

"Report" xəbər verir ki, sənədi TŞ-yə üzv olan 14 ölkə dəstəkləyib.

Eyni zamanda ABŞ-ın nümayəndə heyəti yəhudi dövlətinin qətnamə mətnini əngəlləməyə dair çağırışlarına məhəl qoymayaraq səsvermədə bitərəf qalıb.

Qətnamədə qeyd olunur ki, Şərqi Yerusəlim də daxil olmaqla, işğal olunmuş ərazilərdə məskənsalma fəallığı beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir, həmçinin iki müstəqil dövlətin yaradılması yolu ilə münaqişənin nizamlanması üçün ciddi əngəl törədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR