Goranboyda şəhid ailəsinin evini yardılar - FOTO

Goranboyda şəhid ailəsinin evini yardılar - FOTO
01:43 24 Dekabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunun Səfikürd kəndində şəhid ailəsinin evindən oğurluq edilib.

"Report" xəbər verir ki, hadisə gecə saatlarında ev sahibəsi İlhamə Səfərovanın təsərrüfatında baş verib. Belə ki, oğrular ailəyə məxsus tövlədən diri çəkisi 250 kq olan buğa oğurlayıblar. Tövlənin yaxınlığında itlər olsa da, bu, onların işinə mane olmayıb.

Zərərçəkənin sözlərinə görə, heyvan təqribən bir kilometr aparıldıqdan sonra kəndin çıxışında maşına qoyulub.

Goranboy rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Oğurluq baş verən ev sahibinin həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olub.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/181106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR