Müştəri kafedə işləyən qadını döydü - Tovuzda

Müştəri kafedə işləyən qadını döydü - Tovuzda
03:19 24 Dekabr 2016
122 Digər
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Tovuz rayonunda kafedə düşən dava nəticəsində ofisiant işləyən qadın döyülüb.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, dava polis idarəsi qarşısında fəaliyyət göstərən kafelərin birində hələ ki, bilinməyən səbəbdən baş verib.

 

Dava zamanı kafedə ofisiant işləyən Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Quliyeva Turanə Mahir qızı kafenin müştərisi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətlər alan qadın hadisə yerinə çağırılmış "təcili yardım" maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

 Həkimlər tərəfindən tibbi yardım göstərilən T.Quliyevanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR