Yunker miqrantların müdafiəsinə qalxdı

Yunker miqrantların müdafiəsinə qalxdı
05:24 24 Dekabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Berlində törədilən terror hadisəsi  miqrantların Avropaya yolunu bağlamamalıdır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

 

“Avropa münaqişə ocağları və terrordan qaçan insanlara sığınacaq verməlidir. Qaçqınların hamısını terrorçuluqda şübhəli bilmək düzgün deyil”, deyə Jan-Klod Yunker vurğulayıb.

 

Bununla belə Avropa Komissiyasının sədri Avropa İttifaqı çərçivəsində daxili təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyin qeyd edib. O bildirib ki,  ekstremistlərin hərəkətlərini məhdudlaşdırmaq və maliyyə mənbələrini kəsmək üçün ölkələr arasında məlumat mübadiləsini təkmilləşdirmək lazımdır.

 

Qeyd edək ki, dekabrın 19-da Berlində terrorçunun yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər isə yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri ötən gün İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR