İsrail iki ölkədən səfirlərini geri çağırdı

İsrail iki ölkədən səfirlərini geri çağırdı
05:54 24 Dekabr 2016
204 Digər
Ölkə mətbuatı
A- A+

İsrail hökuməti iki ölkədəki səfirlərini geri çağırmaq qərarına gəlib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib

 

“Baş nazir İsrailin Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili olaraq məsləhətləşmələr üçün geri çağırır”, məlumatda bildirilir.

 

Bununla yanaşı İsrailin xarici işlər nazirliyini Seneqal üçün nəzərdə tutulan yardım proqramlarını dondurmaq tapşırılıb.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Müvafiq qətnamə layihəsi Təhlükəsizlik Şurasına Seneqal və Yeni Zelandiya tərəfindən çıxarılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR