Mannı ilə göbələk şorbası - FOTO

Mannı ilə göbələk şorbası - FOTO
07:05 24 Dekabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az mannı və sürtgəcdən keçirilmiş kartof ilə göbələk şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

0.5-1 kq göbələk
700 ml su
400 ml süd
3 baş soğan 
2 yerkökü
6-7 kartof
2 x.q. mannı yarması
3 dəfnə yarpağı
1 çimdik kəklikotu
duz
istiot

Soğanı xırda doğrayıb bitki yağında 5 dəqiqə qovurun. 

Yerkökünü sürtgəcdən keçirib soğana əlavə edin, daha 7 dəqiqə qovurun. 

Kartofu təmizləyib yuyun, sürtgəcdən keçirib soğanla yerköküyə əlavə edin. Kartof yumşalanacan bişirin. 

Qazana su tökün. Göbələyi əlavə edib qaynadın. 

Süd əlavə edin. Şorba qaynara düşəndə qovurduğunuz tərəvəzi əlavə edin. 

Dəfnə yarpağı, duz və ədviyyatı əlavə edin. 7 dəqiqə bişirin. 
 
Tez-tez qarışdıraraq mannı yarmasını nazik axınla əlavə edin ki, lopa qalmasın. Vam odda daha 10 dəqiqə bişirib ocaqdan götürün. 
 
Yarım saat dəmdə saxlayın. 

Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/500180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR