Donbasda atəşkəs elan olundu

Donbasda atəşkəs elan olundu
07:23 24 Dekabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın cənub-şərqində dekabrın 24-dən etibarən atəşkəs rejimi qüvvəyə minib.

Publika.az xəbər verir ki, bununla bağlı razılıq dekabrın 21-də Ukrayna üzrə Təmas qrupunun Minskdə keçirilən danışıqlarda əldə olunub.

Görüşün yekunlarını şərh edən ATƏT-in Təmas qrupundakı nümayəndəsi Martin Saydik Yeni il və Milad bayramı ilə əlaqədar dekabrın 24-ü, saat 00:00-dan atəşkəs rejiminin tətbiq edilməsini bəyan etmişdi.

Qeyd edək ki, Donbasda münaqişə zonasında “sükut rejimi” sentyabrın 1-dən, yeni tədris ilinin başlanması ilə əlaqədar də tətbiq edilmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/181117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR