Nazirlikdən insan alveri qurbanlarına yardım

Nazirlikdən insan alveri qurbanlarına yardım
13:46 6 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən ötən il 51 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 46 nəfər şəxsə müvafiq yardımlar göstərilib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, zəruri hallarda həmin şəxslər eyni vaxtda bir neçə yardım növü ilə əhatə olunublar.

Onlardan 25 nəfərinin məşğulluğunun təmin edilməsinə, 13 nəfərinin peşə hazırlığı kursuna cəlb olunmasına köməklik göstərilib, 3 nəfər maddi, 12 nəfər tibbi, 31 nəfər hüquqi, 6 nəfər psixoloji yardımla, 5 nəfər sığınacaqla təmin edilib. Eyni zamanda, 5 nəfərinin ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, 3 nəfərinin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfərinə əlil arabasının, 2 nəfərinə torpaq sahəsinin verilməsi üçün aidiyyatı qurumlara müraciət edilib.

Qeyd edilən şəxslərdən digərləri də zəruri köməkliklərlə (hüquqlarının təmin edilməsi, övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, əlillik müayinəsinin aparılması və s.) təmin olunublar. Hazırda onların bir qismi ilə işlər davam etdirilir.

Bununla yanaşı, mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda işlər aparılıb, o cümlədən ölkənin regionlarındakı peşə məktəbi və liseylərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR