Yunker: "Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil"

Yunker: "Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil"
09:12 24 Dekabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Berlindəki terror aktı qaçqınların Avropaya yolunu bağlamalı deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

"Avropa münaqişə zonasından və terrorizmdən qaçan insanlara sığınacaq verməlidir. Bütün qaçqınları terrorçuluqda şübhəli bilmək düzgün olmazdı", - Yunker deyib.

Bununla belə, o qeyd edib ki, Avropa İttifaqının daxili təhlükəsizliyini möhkəmləndirmək lazımdır.

Xatırladaq ki, dekabrın 20-də Berlində bir yük maşını yüksək sürətlə insanların arasına daxil olmuşdu. Nəticədə 12 nəfər həlak olmuş, 50-yə yaxın adam yaralanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR