21 yaşlı futbolçuda xərçəng xəstəliyi aşkarlandı

21 yaşlı futbolçuda xərçəng xəstəliyi aşkarlandı
09:22 24 Dekabr 2016
164 İdman
Ölkə mətbuatı
A- A+

"Atletik" klubunun gənc müdafiəçisi Yeray Alvares ağır xəstəliyə düçar olub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçuda xərçəng xəstəliyi aşkarlanıb. 

Bu haqda Bilbao klubunun prezidenti Xosu Urrutia açıqlama verib. O qeyd edib ki, gənc müdafiəçi gələn həftə əməliyyat olunacaq. 

Qeyd edək ki, bu mövsüm "Atletik"in əsas komandasına debüt edən Alvares bütün turnirlər nəzərə alınmaqla, 21 matçda forma geyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR