Millimizin rəqibinin futbolçusu Fransaya köçür

Millimizin rəqibinin futbolçusu Fransaya köçür
09:27 24 Dekabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin DÇ-2018-in seçmə mərhələsində rəqiblərindən biri olan Almaniya yığmasının futbolçusu Yulian Draksler karyerasını Fransada davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Volfsburq"un 23 yaşlı yarımmüdafiəçisi PSJ-yə keçməyə qərar verib.

Anlaşma 5 illik nəzərdə tutulub.
 
Artıq klublar da öz aralarında danışıqlarda razılıq əldə ediblər. Paris klubu 38 milyon funt-sterlinqə başa gələn bu transferi yaxın vaxtda açıqlayacaq.
 
Qeyd edək ki, futbolçunun çıxışından asılı olaraq məbləğ daha da arta bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR