Leyla Əliyeva şeir dedi - fotolar

Leyla Əliyeva şeir dedi -  fotolar
10:36 24 Dekabr 2016
115 Şou
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc şairə Leyla Əliyeva iştirak edib.

Gecədəki poeziyasevərlər, gənc şairlər müxtəlif mövzularda sevilən şeirləri səsləndiriblər.

Tədbirdə, həmçinin Rusiya, Fransa və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri şeirlər, o cümlədən Bakı haqqında şeir söyləyiblər. Eyni zamanda, Leyla Əliyeva öz şeirlərini tamaşaçılar üçün təqdim edib.

İştirakçılar Leyli Ələkbərovanın Milli İncəsənət Muzeyində təqdim edilən “Qadın portretləri” fotolayihəsi ilə də tanış olublar.







Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=63564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR