Azərbaycanın rayonlarında xalça sexləri tikilir

Azərbaycanın rayonlarında xalça sexləri tikilir
10:37 24 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr.REPORT.AZ/ Azərbaycanda sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 553 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb və 3 000-dən çox iş yeri yaradılıb. Növbəti mərhələdə isə 1,5 mlrd. dollara yaxın investisiyanın qoyulması və 4 000-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
"Report"un xəbərinə görə, bu, iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yer alıb.
Ölkədə ənənəvi sahələrin inkişaf etdiyini vurğulayan Ş.Mustafayev qeyd edib ki, bu məqsədlə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb və gələn ilin birinci yarısında başa çatdırılacaq: "Bunun nəticəsində 1 600 yeni iş yeri yaradılacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycanin-rayonlarinda-xalca-sexleri-tikilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR