Zlatan İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər

Zlatan İbrahimoviç Joze Mourinyonun köməkçisi ola bilər
10:42 24 Dekabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışa bilər.
"Report"un məlumatına görə, 35 yaşlı futbolçuya komandanın məşqçilər korpusunda işləmək təklif edilib.
Klub rəhbərliyi Z.İbrahimoviçin baş məşqçi Joze Mourinyo ilə çalışaraq təcrübə toplamasını istəyir.
Qeyd edək ki, isveçli futbolçu bu ilin yayından "Mançester Yunayted"də çıxış edir. Komandanın heyətində 25 oyuna çıxan futbolçu 16 qol vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zlatan-i-brahimovic-joze-mourinyonun-komekcisi-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR