Türk nazir: "İŞİD-in videosunun doğru olub-olmadığını bilmirik"

Türk nazir: "İŞİD-in videosunun doğru olub-olmadığını bilmirik"
10:47 24 Dekabr 2016
382 Dünya
Ölkə mətbuatı
A- A+

"Mənim ətraflı məlumatım yoxdur. Gerçək olub-olmadığını bilmirik. Xüsusən virtual aləmdə çoxlu manipulyasiyalara yol verildiyi məlumdur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri İŞİD-in yaydığı video ilə bağlı jurnalistlərin sualına cavabında Türkiyənin inkişaf naziri Lütfi Əlvan deyib.  
 
Müdafiə naziri Fikri İşıq da video ilə bağlı konkret fikir söyləməyib. "İndiyə qədər 3 əsgərimizin İŞİD-in əlində olduğunu bilirik. Digər məlumatlar təsdiqlənmiş məlumatlar deyil", - deyə o söyləyib.
 
Müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu isə hökumətdən bu məsələ ilə bağlı konkret açıqlama tələb edib. CHP millət vəkilləri də öz növbələrində müdafiə nazirinə yazılı sorğu ilə müraciət ediblər.
 
Xatırladaq ki, İŞİD terror qruplaşması 2 türk əsgərinin diri-diri yandırıldığı barədə video yayıb.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/501735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR