x
Loading...
.

Dünyanın ən təhlükəli klubu - Heç kim onlarla oynamaq istəmir

Dünyanın ən təhlükəli klubu - Heç kim onlarla oynamaq istəmir
11:05 24 Dekabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+
.

Portuqaliyanın 4-cü liqasında çıxış edən "Kanelas 2010" son 11 matçının hamısını 3:0 hesabı ilə qazanıb.

Amma uğurlu çıxışın səbəbi komandanın möhtəşəm oyunu deyil.

Milli.Az fanat.az-a istinadla bildirir ki, səbəb rəqiblərin onlarla oynamaq istəməməsi və meydana çıxmamasıdır.

Çünki "Kanelas 2010"la oyunların "terrorun ortasında" keçdiyi deyilir. Komandanın internetdə yayımlanan videoları da bunu göstərir. "Kanelas 2010"un futbolçuları həddən artıq sərt oynayır, bir çox hallarda qəddarlıq edirlər. Bu səbəbdən də rəqibləri onlarla oynamaqdansa, 750 avro cərimə ödəməyə və texniki məğlubiyyət almağa razılaşırlar.

Bu mövsüm çempionatdakı 17 oyundan 16-da qələbə qazanan komandanın rəqiblərindən cəmi biri onlarla oynamağa razı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/501732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR