Türkiyənin tanınmış aktyoru Burak Özçivit dünən 32 yaşını qeyd edib.
Axşam.az-ın məlumatına görə, aktyor özəl günündə 2 ildir sevgili olduğu Fahriye Evcenə evlilik təklifi edib.
Bu təklif Özçivitə 90 min lirəyə (təxminən 45 min manat) başa gəlib. Belə ki, aktyor sevgilisinə dəyəri 90 min lirə olan təkdaş üzük bağışlayıb. Cütlüyün toyu iyulda baş tutacaq.