Gündəlik həyatda insanlar jarqon sözlərdən də tez-tez istifadə edir. Xüsusilə əsəbiləşən insan söyüşlərə mütəmadi olaraq əl atır. Bəzi insanlar üçün isə söyüş söymək adət halına gəlib. Lakin çoxları bilmir ki, söyüş söymək iblisin çağırılması deməkdir. İddialara görə, bir insan çoxlu söyüş söyürsə, o, iblisi oyandırır, yaxud bir evdə tez-tez söyüş söyülürsə, cinlər həmin evə doluşurlar. Bununla yanaşı, söyüşlərin insan sağlamlığına mənfi təsiri elmi sübutlarla təsdiq olunub.
Publika.az xəbər verir ki, hələ qədim dövrlərdə
cadugərlər söyüşlərdən – o zamanlar təhqiredici sözlərə ümumi
olaraq mat deyilirmiş – istifadə edirmiş. Və bu söyüşlər
günümüzdəki kimi çox zaman kişi və qadının cinsiyət orqanının adı
ilə səslənərdi. Slavyan xalqlarında yüngül əxlaqlı qızlara mat
deyilirmiş. XII əsrin qeydlərində buna rast gəlinir. Lakin həmin
vaxtlar mat həm də şeytanın adı idi və əsasən cadugərlər istifadə
edərmiş.
Digər təhqiredici sözlər isə bütpərəst Allahların, yaxud iblis
adları ilə əlaqələndirilmişdi. Başqa sözlə mat, yəni söyüşlər
şeytanla ünsiyyət dili hesab olunur.
Matların – söyüşlərin insan sağamlığına təsirləri:
1. Söyüş insan genetikasını dəyişdirir
Nalayiq ifadələr insanın dezoksiribinuklein (DNT) turşusuna təsir
edir. Əgər insan günbəgün söyüşlərdən daha çox istifadə edirsə,
onun DNT-si əhəmiyyətli dərəcədə dəyişir. Alimlər iddia edirlər ki,
nalayiq ifadələr insanda mutagiya prosesinin baş verməsinə səbəb
olur.
Həmçinin, söyüşlər insanın genetik koduna yazılır və onun varisləri
lənətlənmiş olurlar.
2. Söyüşlər adətən əsəbiləşən vaxtlar digər normal sözlərin
qarşısına keçir.
Həkimlər müəyyən ediblər ki, iflic olan və nitq qabiliyyətini
itirən xəstələr söyüş ifdələrini daha aydın və səlis çıxarırlar.
Halbuki, iflic olmuş insan "bəli", yaxud "xeyr" kəlməsini də deyə
bilmir.
3. Söyüşün suya təsiri
Bununla bağlı elmi eksperiment aparılıb. Belə ki, müxtəlif qablara
ayrılqda su tökülür və buğda dənələri atılır.
Birinə dualar oxunur, digərinə məişətdə istifadə olunan söyüşlər
söylənilir, başqa birinə isə təhqiredici və çox qatı söyüş deyilir.
Müəyyən vaxtdan sonra cücərmiş dənələrin miqdarı və cücərtilərin
uzunluğu yoxlanılır.
Dua oxunan qabdakı dənələrin 96 faizi cücərir və cücərtilər
digərlərindən daha uzun olur.
Məişətdə istifadə olunan söyüşlərin deyildiyi qabda dənələrin 58
faizi cücərir.
Təhqiredici söyüşlərin deyildiyi qabda isə cücərən dənələrin sayı
49 faizdir. Həmçinin, bəzi yerlərdə kiflər əmələ gəlib.
4. Təhqiredici sözlərdən çox istifadə etmək cinləri
çağırmaq deməkdir.
Bunu bütün dinlər təsdiqləyir. Misal üçün, pravoslav keşiş Sergi
yazır ki, matlar (söyüşlər) şeytanla ünsiyyət dilidir: “Təsadüfən
bunu cəhənnəm leksikonu adlandırmırlar”.
Elm sübut edir ki, söyüşlər insanın təkcə əxlaqına yox, həm də
sağlamlığına mənfi təsir göstərir.
Alim İvan Belyavski hesab edir ki, söyüş mənfi enerji yüküdür və
insan sağlamlığında əks effekt yaradır.
5. Söyüşlər niyə qadınlara pis təsir edir?
Söyüş ifadələri qadının hormonlarını məhv edir. Buna görə də
nalayiq ifadələr qadınlara dərhal mənfi təsir göstərir.
6. Söyüşlərin ölkələrə təsiri
Araşdırmalara görə, cinsiyyət orqanının adının hallandığı
söyüşlərin işlənilmədiyi ölkələrdə DSP və Daun sindromları aşkar
edilməyib. Lakin təəssüf ki, MDB ölkələrində bu xəstəliklər kifayət
qədər mövcuddur.
Nəriman