x
Loading...

Sevgilisini evə yolladı, özü isə öldü – İstanbulda azərbaycanlı tələbənin faciəsi - FOTOLAR

Sevgilisini evə yolladı, özü isə öldü – İstanbulda azərbaycanlı tələbənin faciəsi - FOTOLAR
12:03 24 Dekabr 2016
224 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda Azərbaycan vətəndaşı olan Fərman Məmmədli həyatını itirib.

Publika.az xəbər verir ki, 10 MM 090 Azərbaycan nömrə nişanlı "Cip"in sürücüsü F.Məmmədov gecə saat 02:30 radələrində Ədirnə istiqamətində gedən yolda qəza törədib. Yüngül qəza zamanı Məmmədov və onunla birlikdə olan sevgilisi heç bir xəsarət almayıblar. Daha sonra Məmmədov sevgilisini taksi ilə yola salıb. Özü isə polisə və evuakatora xəbər verib.

F.Məmmədov arxadan gələn avtomobillərə xəbərdarlıq etmək məqsədilə yol-nəqliyyat nişanını qoymaq üçün maşından düşüb. Bu zaman arxa tərəfdən gələn 34 NS 6981 nömrəli avtomobil onu vurub. Sürücü Yasin S. polisə və təcili tibbi yardıma xəbər verib. Lakin F.Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, F.Məmmədov İstanbulda özəl universitetlərin birində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alırmış.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/181135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR