Bakıda “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans başlayıb

Bakıda “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans başlayıb
12:42 24 Dekabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ “20-ci əsrin sonlarında Azərbaycanda iqtisadi tənəzzülün qarşısının alınmasında Heydər Əliyevin böyük rolu olub”
“Report”un xəbərinə görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfransda deyib.
O bildirib ki, ümummilli liderin səyi nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib: “Azərbaycan inkişafla dünyaya qüdrətini sübut etdi. Ölkəmiz yeni iqtisadi inkişafın astanasındadır. Bununla bağlı konsepsiya işlənib hazırlanmaqdadır. Bu, Azərbaycanın yenidən inkişafına təkan verəcək”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın gözəl gələcəyini ümummilli lider Heydər Əliyev arzu edirdi, hazırki prezident İlham Əliyev onun ideyalarını həyata keçirir: “Azərbaycanın əvvəlki inkişafı necə şərəfli olubsa, gələcək inkişafı da o cür olacaq”.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan dünyada iqtisadi inkişafına görə 200 dövlət arasında 77-ci yeri tutur.
Ə.Əhmədov Prezident İlham Əliyevi 55 yaşı tamam olması münasibətilə təbrik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bakida-geleceyin-unvani-prezident-i-lham-eliyevin-islahatlar-strategiyasi-adli-konfrans-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR