x
Loading...
.

İstirahət gününün HAVAsı

İstirahət gününün HAVAsı
12:42 24 Dekabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 25-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta,  gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR