Çinin Xebey vilayətində fişəng zavodunda partlayış baş verib.
Milli.Az xəbər verir ki, Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Partlayışın səbəbləri araşdırılır. Ölən və yaralananlar barədə hələ məlumat daxil olmayıb.
Məlumata görə, hazırda həmin vilayətdə havanın çirklənmə səviyyəsinin yüksək olması səbəbindən fişəng istehsalı qadağan olunub.
Milli.Az