x
Loading...
.

Əli Əhmədov: "Azərbaycanın gələcək inkişafı da şərəfli olacaq"

Əli Əhmədov: "Azərbaycanın gələcək inkişafı da şərəfli olacaq"
12:53 24 Dekabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+
.

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası tərəfindən “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfrans keçirilir.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib ki, XX əsrin sonlarında Azərbaycanda iqtisadi tənəzzülün qarşısının alınmasında ulu öndər Heydər Əliyevin böyük rolu olub: "Ümummilli liderin səyi nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib. Azərbaycan inkişafla dünyaya qüdrətini sübut etdi. Ölkəmiz yeni iqtisadi inkişafın astanasındadır. Bununla bağlı konsepsiya işlənib hazırlanmaqdadır. Bu, Azərbaycanın yenidən inkişafına təkan verəcək. Ümummilli lider Heydər Əliyev Azərbaycanın gözəl gələcəyini arzu edirdi. Hazırda isə Prezident İlham Əliyev onun ideyalarını həyata keçirir".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın əvvəlki inkişafı necə şərəfli olubsa, gələcək inkişafı da o cür olacaq: "Azərbaycan dünyada iqtisadi inkişafına görə 200 dövlət arasında 77-ci yeri tutur".

Çıxışının sonunda Baş nazirin müavini Prezident İlham Əliyevi 55 yaşı tamam olması münasibətilə təbrik edib. Hazırda tədbir çıxışlarla davam edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/181147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR