Arda Turana fantastik təklif - "Barselona" onu satır

Arda Turana fantastik təklif -   "Barselona" onu satır
12:57 24 Dekabr 2016
298 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Arda Turanla bağlı gözlnilməz qərar verib. Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu türk futbolçunu satmaq qərarına gəlib.


Baş məşqçi Luis Enrike Ardanın oyunundan razıdı. Amma "Barselona" onu satmaqla büdcəsində əlavə vəsit yaratmaq niyyətindədi. Kataloniyalıların onun üçün bu qış və yayda gələcək təklifləri dəyərləndiriləcəyi deyilir.


"FutbolArena" isə artıq Ardaya 50 milyonluq təklifin olduğunu iddia edir. Saytın məlumatına görə, türk ulduzu Çinin "Quanqzou Everqrande" klubu heyətinə qatmaq istəyir. Bu məbləğ futbolçuya 3 illik müqavilə qarşılığında təklif olunur. "Barselona"nın da ən azı 50 milyon avro tələb edəcəyi deyilir. 


Qeyd edək ki, Arda Turan cari mövsümdə meydana çıxdığı 19 rəsmi matçda 1232 dəqiqə oynayıb və 11 qol vurub. Türk ulduz Çempionlar Liqasının "Borussiya" (Münhenqladbax), "Kral Kuboku"nun "Herkules"lə oyunlarında het-trik edib. "Barselona" onu "Atletiko"dan 37 milyon avroya alıb. "Transfermarkt" hazırda futbolçuya 28 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turana-fantastik-tklif-t55142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR