Putin Əliyevə zəng edib - YUBİLEY TƏBRİKİ

Putin Əliyevə zəng edib - YUBİLEY TƏBRİKİ
13:04 24 Dekabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

 

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, V. Putin prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev də öz növbəsində göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Prezidentlər ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

 

Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR