Terrorçulara maliyyə yardımı edən və çirkli pulların
yuyulmasında iştirak edən şirkətləri araşdıran NATO-nun baş
katibinin nümayəndəsi Yves Çandelon Belçikanın Andenne şəhərində
ölü tapılıb.
Publika.az xəbər verir ki, NATO rəsmisinin cəsədi
iş yerindən 140, evindən 100 kilometr məsafədə tapılıb. Qatillər
onu başından vurublar.
Qeyd edək ki, Çandelonun ölümü ilə bağlı rəsmi məlumatda intihar
etdiyi deyilirdi. Yaxınları isə bu iddiaları rədd edirdi. Lakin
bütün dəlillər onun qətlə yetirildiyini göstərir. Belə ki, Çandelon
solaxay olub, lakin ölü tapılarkən, tapança onun sağ əlində imiş.
Bununla yanaşı, onun rəsmi şəkildə üç silahının olmasına
baxmayaraq, əlindəki silahın başqasına aid olması diqqət çəkib.
Son günlər onun davranışlarında qəribəliyin də seçildiyi deyilir.
NATO rəsmisi öldüyü halda, yayımlanması üçün oğluna sənəd verib.
Həmin sənədlər hazırda polisin əlindədir.
Qeyd edək ki, son bir həftədə yüksək səviyyəli şəxslərin qətlə
yetirilməsi halları artıb. Türkiyədə Rusiya səfiri Andrey Karlovun
öldürüldüyü gündə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Petr
Polşikov da evində ölü tapılıb. NATO rəsmisinin də sui-qəsdə
uğraması fonunda baş verənlər diqqət çəkir.
Asif