Portuqaliya Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb. Fanat.Az xəbər verir ki, “Whoscored”in hazırladığı "11-lik"də azərbaycanlı futbolçu da yer alıb.
Belə ki, milli komandamızın və “Boavişta”nın yarımmüdafiəçisi Emin Mahmudov rəmzi komandaya düşüb. O, komadasının səfərdə “Nasional”a 2:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi olub. Bu, Eminin Portuqaliyada ilk qolu olub.

Fanat.Az