Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub

Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub
13:52 24 Dekabr 2016
518 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr.REPORT.AZ/ Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, metronun Koroğlu stansiyasının yaxınlığında dayanacaqda sərnişin avtobusunu gözləyən 65 yaşlı Umarova Xaisə Umar qızı səkidən aşağı enərkən 184 nömrəli xətt üzrə işləyən avtobus onu vurub. 
 X.Umarova ağır kəllə-beyin travması alıb. Ahıl qadın polis əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sernisin-avtobusu-dayanacaqda-gozleyen-ahil-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR