x
Loading...

Rusiyanın baş nazirindən Azərbaycan rəhbərinə təbrik zəngi

Rusiyanın baş nazirindən Azərbaycan rəhbərinə təbrik zəngi
13:59 24 Dekabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+
.

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dmitri Medvedev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR