Ərdoğan İlham Əliyevi təbrik etdi

Ərdoğan İlham Əliyevi təbrik etdi
14:33 24 Dekabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Publika.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/181162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR